Azərbaycanda məktəb YANDI  - YENİLƏNİB
05 dekabr 2022 18:23 (UTC +04:00)

Azərbaycanda məktəb YANDI - YENİLƏNİB

İmişli rayonunun Qaralar kəndində məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə barədə əlavə məlumat veriləcək.

***

saat 16:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Əlavə məlumat veriləcək. 

# 3978
avatar

Oxşar yazılar