Azərbaycanda İNANILMAZ OLAY:  12-ci mərtəbədən düşən uşaq SAĞ QALDI
16 oktyabr 2024 11:46 (UTC +04:00)

Azərbaycanda İNANILMAZ OLAY: 12-ci mərtəbədən düşən uşaq SAĞ QALDI

Abşeronda yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan azyaşlının həyatı həkimlər tərəfindən xilas edilib.

Bu barədə Lent.az-a Tibb Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 1-də saat 14 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırılan 11 yaşlı azyaşlı (kişi cinsli) zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb. 

Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.

14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub. O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində qismən də olsa, sağlamlığına qovuşub və digər şöbəyə köçürülüb.

Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5193
avatar

Oxşar yazılar