Azərbaycanda futbol klubunun  prezidenti   saxlanıldı
11 aprel 2024 18:16 (UTC +04:00)

Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı

Azərbaycanda futbol klubunun prezidenti saxlanılıb.

Lent.az bildirir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.(Oxu.az)

# 3879
avatar

Oxşar yazılar