Azərbaycanda  DƏHŞƏTLİ QƏZA:  sürücü öldü, qardaşı...
17 may 2022 10:51 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: sürücü öldü, qardaşı...

Bərdədə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə mayın 16-ı Borsunlu-Tərtər-Hindarx yolunun Bərdə rayonu Əmirli kəndindən keçən hissəsində qeydə alınıb.

Nizam Əmirovun idarə etdiyi "Mercedes-benz E 280" markalı avtomobil Qarayev Ələmdar Əkbər oğlunun idarə etdiyi "VAZ-21063" markalı avtomobillə toqquşub. Nəticədə Ə. Qarayev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, onun sərnişini olan qardaşı 61 yaşlı Qarayev Rəhbər Əkbər oğlu isə xəsarətlərlə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2763
avatar

Mehman Nəbiyev

Oxşar yazılar