Azərbaycanda daha bir narkotacir tutuldu
15 dekabr 2020 12:31 (UTC +04:00)

Azərbaycanda daha bir narkotacir tutuldu

Bakıda narkotik alverçisi saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş M.Həbibov Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 175 qram marixuana və  elektron tərəzi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Mehman Nəbiyev

Oxşar yazılar