Azərbaycanda axtarışda olan 100 nəfər saxlanıldı
23 dekabr 2020 11:46 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 100 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 14 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 100 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

# 1200
avatar

Mehman Nəbiyev

Oxşar yazılar