Daxili İşlər Nazirliyi
22 mart 2021 13:30 (UTC +04:00)

Daxili İşlər Nazirliyi

Azərbaycanda ata və oğulun öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 20-də saat 18 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakinləri Ziyarət Xəlilovun idarə etdiyi “Mercedes” və M. Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Xəlilov və sərnişini olan oğlu Elvin hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qazax RPŞ tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391
avatar

Oxşar yazılar