Ağdamda qadın itkin düşüb.
Lent.az xəbər verir ki, 32 yaşlı Şəlalə Musa qızı İsmayılova yaşadığı ünvandan gedib və bir daha geri qayıtmayıb.
Onun atası Musa İsmayıl oğlu İsmayılov oktyabrın 9-da polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.
Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.