Azərbaycanda 2 övladı ilə itkin düşən  ana tapıldı
05 iyun 2024 11:29 (UTC +04:00)

Azərbaycanda 2 övladı ilə itkin düşən ana tapıldı

İyunun 4-də itkin düşən daha 11 nəfər tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tədbirlər keçirib. Nəticədə mayın 6-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 56 yaşlı kişi, mayın 15-də Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 26 yaşlı qadın, mayın 27-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, mayın 28-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində 2 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 29-da Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, mayın 31-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı qadın, iyunun 3-də Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın, iyunun 4-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 4-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Oxşar yazılar