Azərbaycanda 18 tələbə dönərdən  zəhərləndi - YENİLƏNİB
11 oktyabr 2024 11:00 (UTC +04:00)

Azərbaycanda 18 tələbə dönərdən zəhərləndi - YENİLƏNİB

Prokurorluq tələbələrin zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

***

saat 09:50

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

Lent.az xəbər verir ki, onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, zəhərlənənlər Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayeva, 2001-ci il təvəllüdlü İ. Niyazova, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü F. Süleymanova, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibova, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədova, 2005-ci il təvəllüdlü N. Hacıyevə Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilov, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyeva, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirova, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətov, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımova, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikov, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliy, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırova, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazov, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərov və 2005-ci il təvəllüdlü A. İsgəndərovadır. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4377
avatar

Oxşar yazılar