Gömrükdə ələ keçirilən soyuq silahlar
28 aprel 2021 13:05 (UTC +04:00)

Gömrükdə ələ keçirilən soyuq silahlar

Azərbaycana külli miqdarda soyuq silah gətirə bilmədilər - VİDEO

Soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaqların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin döşəməsində qaynaq işlərinin aparıldığı məlum olub və nəqliyyat vasitəsinin yük yeri açılaraq orada olan avtoehtiyyat hissələri boşaldılıb. Daha sonra nəqliyyat vasitəsinin döşəməsinin arxa hissəsinin taxta örtüyü qaldırılıb və bu zaman orada kənarları qaynaq edilən dəmir örtüyün altından müxtəlif növ və ölçüdə 350 ədəd soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstandan gələn maşında külli miqdarda soyuq silahlar tapıldı

# 1719
avatar

Mehman Nəbiyev

Oxşar yazılar