Azərbaycan Rusiyanın təyyarəni vurduğunu etiraf etməsini  gözləyir - “Reuters”
27 dekabr 2024 12:07 (UTC +04:00)

Azərbaycan Rusiyanın təyyarəni vurduğunu etiraf etməsini gözləyir - “Reuters”

Azərbaycan hakimiyyəti Rusiyanın “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsini vurduğunu etiraf etməsini gözləyir.

Lent.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Eyni zamanda, insident zamanı təyyarənin uçuş yoluna ən yaxın Mahaçqala hava limanı bağlanıb. Buna görə də xilasetmə əməliyyatı üçün sürətli eniş mümkün olmayıb.

“Heç kim bunun qəsdən edildiyini iddia etmir, lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurduğunu etiraf edəcəyini gözləyir”, - mənbə bildirib.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, 38 nəfər ölüb.

“Reuters”in təhqiqatla tanış olan azərbaycanlı mənbələrindən biri agentliyə bildirib ki, ilkin nəticələr təyyarənin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu göstərib. Mənbə qeyd edib ki, Qroznıya yaxınlaşarkən təyyarənin dispetçerlərlə əlaqəsi elektron döyüş sistemləri tərəfindən iflic olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

Oxşar yazılar