Bakıda piyadanın ölümü ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. 23 yaşlı Fərid Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillər Dədə-Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən 57 yaşlı Asalayeva Amalya Nəcməddinovnanı vurub. Qadın Sabunçu Tibb Mərkəzinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.