Bakının Nəsimi rayonunda baş verən atışmada yaralananlardan biri Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir.
Bu barədə Lent.az-a ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli universitetin 4-cü kursunda təhsil alır. O, adıçəkilən tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri bitdikdən sonra universitetdən çıxıb.
Xatırladaq ki, bir neçə dəqiqə əvvəl Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident baş verib. Nəticədə 2 nəfər, 21 yaşlı Fəqan Rəhimli və 40 yaşlı Tamerlan Hüseynov yaralanıblar. Onların hər ikisi Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.