Astarada DƏHŞƏT:  İki azyaşlı evdə yanaraq öldü -  VİDEO   -YENİLƏNİB
21 fevral 2025 01:15 (UTC +04:00)

Astarada DƏHŞƏT: İki azyaşlı evdə yanaraq öldü - VİDEO -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu  və 4 yaşlı  Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.

25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***
01:14

Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğımda oğlan və qız olmaqla iki azyaşlı ölüb, bir nəfər yaralanıb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, onların bir və iki yaşı olub. 

Bildirilib ki, uşaqların babaları 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

***
00:09

 

 

Astaranın Kijəbə qəsəbəsində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.

Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4606

Oxşar yazılar

Bir günə 11 nəfər  itkin düşdü

Bir günə 11 nəfər itkin düşdü

24 iyul 2025 , 10:28
Xanhüseyn Kazımlı vəfat etdi

Xanhüseyn Kazımlı vəfat etdi

24 iyul 2025 , 09:43
Qusarda narkotik çəkən sürücü həbs olundu

Qusarda narkotik çəkən sürücü həbs olundu

24 iyul 2025 , 09:33
Şəkidə FACİƏ:  3 aylıq körpə boğulub öldü

Şəkidə FACİƏ: 3 aylıq körpə boğulub öldü

24 iyul 2025 , 09:31
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

24 iyul 2025 , 09:24
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

24 iyul 2025 , 08:18
Yevlaxda DƏHŞƏT:  Torpaq üstündə həmkəndlisini öldürdü

Yevlaxda DƏHŞƏT: Torpaq üstündə həmkəndlisini öldürdü

24 iyul 2025 , 07:56
Şəmkirdə 15 yaşlı qız bədbəxt hadisə  nəticəsində öldü

Şəmkirdə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü

24 iyul 2025 , 00:15