Bir neçə gün əvvəl Bərdədə kişinin arvadı tərəfindən ütü ilə yandırıldığı barədə xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan Səfərov Hidayət Hüseyn oğlu müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə rayonun Gərənə kəndində baş verib. Zərərçəkənin yaxınlarının verdiyi məlumata görə, Səfərov Hidayət Hüseyn oğlunu həyat yoldaşı Cəfərova Serbiya Kərim qızı döyüb. Sonra halsız vəziyyətdə olan H.Səfərovu həyat yoldaşı bədəninin müxtəlif yerlərindən ütü ilə yandırıb.
Faktla bağlı araşdırma aparılır.