Arvadı çölə buraxmadı,  özünü binadan atdı
29 noyabr 2023 13:14 (UTC +04:00)

Arvadı çölə buraxmadı, özünü binadan atdı

Moskvada həyat yoldaşı ilə mübahisə edən 28 yaşlı sərxoş kişi özünü üçüncü mərtəbədən atıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 23 yaşlı qadın həddən artıq spirtli içki qəbul edən həyat yoldaşını dostlarının yanına buraxmayıb. Buna görə də onlar arasında mübahisə yaranıb. Bu zaman qadın evin qapısını bağlayıb.

Qəzəblənən paytaxt sakini üçüncü mərtəbədən özünü atıb. O, mənzilə qayıdıb və təcili yardım çağırıb.

Xəstəxanada ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, qolun, qabırğalarının sınığı və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3630
avatar

Oxşar yazılar