"Araz"  marketdən bahalı viski oğurlandı
09 avqust 2021 16:25 (UTC +04:00)

"Araz" marketdən bahalı viski oğurlandı

Bakıda məşhur marketdən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Zığ şossesində “Araz” marketdə qeydə alınıb. Naməlum şəxs marketdən 160 manatlıq viski oğurlayıb.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Şahmar Rufullayev olduğu müəyyən edilib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaq təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Mehman Nəbiyev

Oxşar yazılar