Anası son anda yetişdi - ÖLÜMDƏN DÖNƏN KAMAL...
25 mart 2021 18:31 (UTC +04:00)

Anası son anda yetişdi - ÖLÜMDƏN DÖNƏN KAMAL...

Göyçay rayonunda intihara cəhd olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Oxşar yazılar