Ana və azyaşlı qızı qəzada ağır xəsarət aldı
01 may 2021 19:50 (UTC +04:00)

Ana və azyaşlı qızı qəzada ağır xəsarət aldı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə Səbail rayonu, Bayıl qəsəbəsində hərəkətdə olan iki minik avtomobili toqquşub.

Daha sonra arxandan gələn daha bir avtomobil onlara çırpılıb.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hacıyeva Gülşən Türyan qızı və onun 5 yaşlı qızı Ayşən ağır xəsarət alıb.

Ana travmatologiyaya, azyaşlı övladı isə reanimasiya şöbələrinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638
avatar

Oxşar yazılar