Ana ruh çıxarma zamanı  4 yaşlı qızını öldürdü
11 iyun 2025 13:56 (UTC +04:00)

Ana ruh çıxarma zamanı 4 yaşlı qızını öldürdü

Ukraynanın İvano-Frankivsk vilayətində qadın ruhların çıxarılması mərasimi zamanı azyaşlı qızını öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kaluş şəhərində baş verib.

Yoxlama zamanı polis əməkdaşları 4 yaşlı qız meyitini aşkar ediblər.

Mərhumun anası hadisə yerində olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq-əməliyyat tədbirləri həyata keçirib. 32 yaşlı ananın öz övladını qəsdən öldürdüyünü sübut edən faktlar üzə çıxıb.

Yerli KİV-in məlumatına görə, qadın uşağa ruh çıxarma əməliyyatı edib və prosesi videoya çəkib. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1868

Oxşar yazılar