Aktiv koronavirus xəstəsi şəhərə buraxılmadı
28 dekabr 2020 09:56 (UTC +04:00)

Aktiv koronavirus xəstəsi şəhərə buraxılmadı

Biləsuvarda yoxlamalar zamanı karantin postundan şəhərə daxil olmaq istəyən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayonunun İsmətli kənd sakini Ə.Həbiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o Biləsuvar şəhərinin giriş hissələrində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134
avatar

Mehman Nəbiyev

Oxşar yazılar