Ağstafada dönərdən zəhərlənənlərin adları məlum oldu - YENİLƏNİB
13 mart 2025 22:12 (UTC +04:00)

Ağstafada dönərdən zəhərlənənlərin adları məlum oldu - YENİLƏNİB

Ağstafada dönərdən zəhərlənənlərin adları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayon  sakinləri Ö.Abbasov, N.Abbasova, M.Məmmədli,  Z.Məmmədli, M.Rəhimova, H.Sadıqzadə, G.Sadıqzadə,  F.Yolçiyeva və H.Rəhimovadır.

***
21:27

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənənlərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar