Yaşlı qadını qolundakı bilərziklərə görə öldürüb meyitini yandırdılar
13 mart 2025 18:25 (UTC +04:00)

Yaşlı qadını qolundakı bilərziklərə görə öldürüb meyitini yandırdılar

Türkiyədə yaşlı qadını evində qarət edərək, vəhşicəsinə öldürüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çorum rayonunun Akkise kəndində baş verib.

Məsciddən qayıdan Eşref Kış xanımı 76 yaşlı Haticenin yanmış meyitini tapıb. Hadisə yerinə gələn polislər yaşlı qadının bədənində 8 bıçaq zərbəsi müəyyən ediblər. Həmçinin məlum olub ki, mərhumun qolundakı 3 qızıl bilərzik, habelə evdə olan bir miqdar pul oğurlanıb.

Qeyd olunub ki, quldurlar yaşlı qadını qarət edib öldürdükdən sonra meyitlə birgə evə od vurublar.

Hazırda polis cinayəti törədənlərin saxlanılması üçün axtarışlar keçirir.

Hadisə olan ev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar