Qubad İbadoğlunun işi ilə bağlı tutulan Fazil Qasımova hökm oxundu
13 mart 2025 18:22 (UTC +04:00)

Qubad İbadoğlunun işi ilə bağlı tutulan Fazil Qasımova hökm oxundu

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Fazil Qasımovun 10 il müddətinə, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar