Ağstafada 39 yaşlı  kişi bıçaqlandı
06 iyul 2022 21:54 (UTC +04:00)

Ağstafada 39 yaşlı kişi bıçaqlandı

Ağstafada bıçaqlanma baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Famil İsmayılov 36 yaşlı həmkəndlisi Cəlal Əhmədovd tərəfindən bıçalanıb.

O, aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

39 yaşlı kişinin hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
 

# 1461
avatar

Oxşar yazılar