Ağdamda narkotiklərin yandırılması
03 iyun 2021 09:28 (UTC +04:00)

Ağdamda narkotiklərin yandırılması

Ağdamın azad olunmuş kəndlərində narkotik bitkilər tapıldı-FOTO

Ağdamda “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolun tapılıb. Aşkar edilən narkotik bitkilər kökündən çıxarılaraq yandırılması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar