Ağdamda tank əleyhinə mina partladı , xəsarət alan var
28 aprel 2024 01:42 (UTC +04:00)

Ağdamda tank əleyhinə mina partladı, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Bildirilib ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

# 3039
avatar

Oxşar yazılar

Astarada 8 aylıq körpə yıxılaraq öldü

Astarada 8 aylıq körpə yıxılaraq öldü

22 may 2024 , 02:24
Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36