Vətəndaş Ağdamda minaya düşüb həlak oldu
14 dekabr 2020 12:09 (UTC +04:00)

Vətəndaş Ağdamda minaya düşüb həlak oldu

Ağdamda bir hərbçi, iki mülki şəxs minaya düşdü: ölən var

2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 36 yaşlı Əhmədov Toğrul Vilayət oğlu və 30 yaşlı Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində  olarkən piyada əleyhinə minaya düşüblər.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a birgə verilən məlumata görə, nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Dərhal prokurorluq və polis əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibb ekspertizaları təyin edilib. Digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılaraq,  istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3939
avatar

Mehman Nəbiyev

Oxşar yazılar