AFFA məhkəməyə verildi
16 avqust 2021 16:20 (UTC +04:00)

AFFA məhkəməyə verildi

Azərbaycan Futbol Federasiyası Assosiasiyasına (AFFA) cərimə protokolu yazılıb. 

Lent.az-ın məlumatına görə, AFFA xaricə göndərilən valyutanın ölkəyə geri qaytarılmamasında ittiham olunur. 

Belə ki, quruma İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub. 

Həmin cərimə protokolu baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, sözügedən inzibati xəta əsasında hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Mehman Nəbiyev

Oxşar yazılar