Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanı məhkəməyə verib.
Bu barədə Lent.az-a sənətçinin özü məlumat verib.
O qeyd edib ki, sənətçi bu barədə xüsusi ittiham qaydasında Binəqədi rayon Məhkəməsinə şikayət edib.
A.Fərmanqızı şikayətə səbəb olaraq Flora Kərimovanın onun şərəf və ləyaqətini alçaltmasını, ictimai nüfuzuna zərər vurmasınlı, həmçinin təhqir olunmasını göstərib.
Müğənni həmçinin onun barəsində yanlış məlumat yayan iki xəbər saytını da məhkəməyə verib.