Sürixdə Ermənistan terroruna qarşı aksiya keçirilib
31 oktyabr 2020 13:37 (UTC +04:00)

Sürixdə Ermənistan terroruna qarşı aksiya keçirilib

İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına  qarşı icazəli etiraz aksiyası keçirib. 

Lent.az xəbər verir ki, aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və  Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və  İdarə Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları bildiriblər ki,  Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin  ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən 1 ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə  yaşayan 91 mülki şəxsin, o cümlədən uşaqların qətlə yetirilməsi insanlıq əlehinə yönəlmiş müharibə cinayətidir.

Azərbaycanın Dövlət himinin oxunduğu aksiyada erməni vandalizmini əks etirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarları səsləndirib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35