Keçmiş məhkum iş başında yaxalandı
18 dekabr 2019 10:02 (UTC +04:00)

Keçmiş məhkum iş başında yaxalandı

Bakıda oğurluğa cəhdin qarşısı alınıb.

Lent.az-ın məlumatına görə, naməlum şəxs dekabrın 7-də saat 5 radələrində Nəsimi rayonunun S.Rüstəm küçəsindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd edib. Ancaq o, ərazidə xidmət aparan DİN əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Zeynalov olması müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də daha bir mağazadan 558 manat və tütün məmulatı oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar