İki azyaşlı qardaşı maşın vurdu: biri öldü
21 avqust 2020 12:35 (UTC +04:00)

İki azyaşlı qardaşı maşın vurdu: biri öldü

Abşeron rayonunda avtomobil 2 azyaşlını vurub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.

Hazırda Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1990

Oxşar yazılar