Azərbaycana qanunsuz spirtli içki gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedez-Benz Travego 15 SHD" markalı sərnişin avtobusu saxlanılıb.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Ancaq yoxlama zamanı avtobusun orta yük yerindən 4 ədəd 1 litrlik "Nemiroff Original", 4 ədəd 1 litrlik "Nemiroff Delikat", 19 litr "Marani" markalı və 17 litr üzərində heç bir yazısı olmayan kustar üsullarla hazırlanan müxtəlif qablaşdırmada spirtli içkilər, həmçinin 23 ədəd müxtəlif markalı işlənmiş avtomobil ehtiyat hissəsi aşkarlanıb.