Bakıda quldurluq edənlərdən biri saxlanıldı
16 dekabr 2019 19:08 (UTC +04:00)

Bakıda quldurluq edənlərdən biri saxlanıldı

 


Bakıda quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  verilib. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində 2 nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib. 

Onların həmin gün saat 4 radələrində Səbail rayonu, Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.

Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar