8 yaşlı qız  FACİƏVİ   şəkildə öldü
25 may 2022 12:07 (UTC +04:00)

8 yaşlı qız FACİƏVİ şəkildə öldü

Qusarda azyaşlı faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə mayın 24-ü rayonun Samur qəsəbəsində baş verib. Məlumata görə, qəsəbədə evlərin birinə ot bağlaması ilə dolu olan traktor daxil olub. Bu zaman traktor ehtiyatsızlıqdan sütuna toxunub. Sütun da yaxınlıqda dayanan 8 yaşlı Fatimə Babayevanın üzərinə aşıb. Nəticədə azyaşlı yerindəcə keçinib.

Lakin valideynlərinin bundan xəbəri olmayıb. Uşağı görmədikləri üçün onu axtarmağa başlayıblar. Sonra Fatimənin meyiti sütunun altından tapılıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

# 3672
avatar

Mehman Nəbiyev

Oxşar yazılar