Rusiyanın Moskva şəhərində uşaq 6-cı mərtəbədən yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ryazanski prospektində baş verib.
12 yaşlı uşaq ehtiyatsızlıqdan pəncərədən yıxılıb. Yeniyetmə sağ qalıb. O, döş qəfəsi əzilmiş vəziyyətdə xəstəxanaya yerləşdirilib.