58 yaşlı yazıçı Yevgeni Çijov (Sominski) Baltik dənizində boğulub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə dramaturq Dmitri Danilov sosial şəbəkədə qeyd edib:
“Bu gün yaxın dostum, gözəl yazıçı Yevgeni Çijov (Sominski) dünyasını dəyişdi. O, Baltik dənizində boğuldu”.
Yevgeni Çijov bir neçə romanın, o cümlədən “Sətiraltı tərcümə” və “Cənnətin toplayıcısı”, həmçinin “İntiharçılar və digər zarafatçılar” adlı hekayələr toplusunun müəllifidir. O, “Venets” və “Yasnaya Polyana” ədəbi mükafatlarının laureatı, “Böyük Kitab” və “NOS” mükafatlarının finalçısı olub.