400-dən çox adamın Azərbaycandan çıxışına icazə verilməyib
01 iyun 2023 15:13 (UTC +04:00)

400-dən çox adamın Azərbaycandan çıxışına icazə verilməyib

Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 286 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin may ayında görülən işlərlə bağlı statistik məlumatlarında qeyd olunub.

Bildirilib ki, ötən ay ərzində ölkədən çıxışı qadağan olan 449 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 19 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

# 1287
avatar

Oxşar yazılar