30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı
11 avqust 2025 16:14 (UTC +04:00)

30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

Rusiyanın Sverdlovsk vilayətində məhkəmə icraçıları 2025-ci ilin ilk 7 ayı ərzində 950 əcnəbini ölkədən çıxarıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, onlar miqrasiya qaydalarını pozmaqda ittiham olunublar.

Məlumata görə, Rusiyadan ən çox çıxarılanlar: 428 Tacikistan, 298 Özbəkistan, 133 Qırğızıstan, 33 Azərbaycan vətəndaşıdır. Ən az isə 1–6 nəfər olmaqla Gürcüstan, Misir və Çin Xalq Respublikası vətəndaşlarıdır.

İcraçıların sözlərinə görə, miqrantlar işləmək məqsədilə gəliblər. Onların ölkədə qalmağa qanuni hüquqları olmayıb. Onlar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (Xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiyaya giriş qaydalarını və ya Rusiya Federasiyasında qalma (yaşama) rejimini pozması) üzrə təqsirli biliniblər. 905 xarici vətəndaşa cərimə tətbiq edilib, məhkəmə onlardan ölkəni tərk etməyi tələb edib. Məhkəmə qərarına qədər onlar müvəqqəti saxlama mərkəzlərində ölkədən çıxarılma qərarını gözləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar