25 su sayğacını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlət Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oöurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq istintaqa təqdim edilib.
O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda 25 evin su sayğacını oğurladığını və əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinə göndərilib araşdırmalar davam etdirilir.