19 yaşlı qız meşədə uşaq doğub  ağacların dibinə atdı
09 iyun 2023 00:02 (UTC +04:00)

19 yaşlı qız meşədə uşaq doğub ağacların dibinə atdı

Ryazan vilayətində 19 yaşlı qız gecəyarı 4 radələrində meşədə uşaq dünyaya gətirib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, daha sonra gənc qız körpəni torbaya bükərək ağacların arasına qoyub.

Uşağı meşədə təsadüfən görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Həkimlər yeni doğulan körpənin səhhətində heç bir problem aşkar etməyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın anasını müəyyən ediblər. Onun barəsində cinayət işi başlanıb.

# 2097
avatar

Oxşar yazılar