16 yaşlı məktəbli qız uşaq doğub zibil qutusuna atdı
12 fevral 2025 15:22 (UTC +04:00)

16 yaşlı məktəbli qız uşaq doğub zibil qutusuna atdı

Rusiyanın Krasnoyarsk diyarında 16 yaşlı qız yeni doğulmuş körpəsini öldürüb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, körpənin cəsədi fevralın 12-də regionun paytaxtı Lvovda küçədə, zibil qutusunda aşkar edilib.

İlkin məlumatlara görə, məktəbli vaxtından əvvəl doğuşdan sonra yardıma ehtiyac olduğu üçün tibb müəssisələrindən birinə yerləşdirilib. İlkin məlumata görə, 22 həftəlik hamilə olan qız yaşadığı mənzildə təkbaşına uşaq dünyaya gətirib və onu zibil qutusuna atıb.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar