50 yaşlı Moskva sakini məşhur lotereyalara bilet satan şirkətin filialında işə düzəlib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, nə vaxtsa onun ağlına lotereya biletlərini satmaq yox, mənimsəmək – və “öz mülahizəsi ilə sərəncam vermək” fikri yaranıb. Nəticədə 11970 bilet bədxah satıcının şikarına çevrilib. Onların dəyəri 1 393 850 rubl (18 min dollardan çox) təşkil edib.
Məlumata görə, bu məbləğdə bilet oğramasına baxmayaraq, kişi nəticədə heç nə uda bilməyib.
Faktla bağlı cinayət işi qaldırılıb.