100 kilodan çox narkotiki SATA BİLMƏDİLƏR - FAKTLAR AÇIQLANDI
18 noyabr 2021 22:18 (UTC +04:00)

100 kilodan çox narkotiki SATA BİLMƏDİLƏR - FAKTLAR AÇIQLANDI

Balakəndə il ərzində 112 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bu barədə rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Çingiz Aslanov şəhər 1 saylı tam orta məktəbdə “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbirində çıxışı zamanı səsləndirib.

O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd olunub ki, 2021-ci ilin əvvəlindən bu günə kimi rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərlə mübarizə tədbirləri nəticəsində 47-si saxlama, 25-i satış, eləcə də 16-sı kultivasiya olmaqla 88 fakt aşkarlayıb və bu faktlar üzrə 70 cinayət işi başlanılıb. Ümumilikdə 112 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis polkovnik-leytenantı Ç.Aslanov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2378

Oxşar yazılar

Lənkəranda gənc oğlan göldə boğuldu

Lənkəranda gənc oğlan göldə boğuldu

19 avqust 2025 , 12:34
Azərbaycanlıları qeydiyyata alan şəxsə cinayət işi açıldı

Azərbaycanlıları qeydiyyata alan şəxsə cinayət işi açıldı

19 avqust 2025 , 12:30
Bakıda yataqxanada YANĞIN:  xəsarət alan var

Bakıda yataqxanada YANĞIN: xəsarət alan var

19 avqust 2025 , 11:50
Bakıda ət doğrayan qəssab bıçağı qarnına soxdu

Bakıda ət doğrayan qəssab bıçağı qarnına soxdu

19 avqust 2025 , 11:04
Bakıda evdən meyit  tapıldı

Bakıda evdən meyit tapıldı

19 avqust 2025 , 09:51
Xaçmaz-Quba yolunda AĞIR QƏZA:  ölən var

Xaçmaz-Quba yolunda AĞIR QƏZA: ölən var

19 avqust 2025 , 09:23
Gəncədəki AĞIR QƏZANIN   təfərrüatları

Gəncədəki AĞIR QƏZANIN təfərrüatları

19 avqust 2025 , 08:05
Zəngilanda DƏHŞƏT:  maşınla qəsdən vurub öldürdü

Zəngilanda DƏHŞƏT: maşınla qəsdən vurub öldürdü

19 avqust 2025 , 07:58