Ünvanlı sosial yardım alanların işi yüngülləşir - FOTO
26 iyul 2012 14:14 (UTC +04:00)

Ünvanlı sosial yardım alanların işi yüngülləşir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımlarının mərkəzləşmiş qaydada ödənişi sisteminin yaradılması və plastik kartların hazırlanaraq vətəndaşlara verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin təqdimatı olub. Bu barədə Lent.az-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması əsas prioritetlərdən biridir.

Ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılması üçün ilkin olaraq Sabunçu, Binəqədi, Masallı, Ucar, Cəlilabad və Səbail rayonları pilot rayonlar kimi seçilib. Yaxın vaxtlarda bu sistemin ölkənin digər rayon və şəhərlərində də tətbiqi nəzərdə tutulur. Eyni zamanda, nazirliklə əməkdaşlıq edən banklarla müqavilələrdə müvafiq dəyişikliklər edilib və yardımları alan vətəndaşlara plastik kartların şəxsiyyət vəsiqəsi əsasında banklar tərəfindən birbaşa verilməsinə nail olunub.

Tədbirdə video-konfrans sistemi vasitəsilə bölgələrlə birbaşa video-əlaqə yaradılıb, ayrı-ayrı bölgələrin sakinləri ilə distant formada əlaqə saxlanılıb, onların qeyd olunan sahədə görülən işlərlə bağlı fikir və təəssüratları dinlənilib.
# 1051

Oxşar yazılar