Narkotik vasitəni daxili orqanlarında gizlədiblər
26 iyul 2012 13:10 (UTC +04:00)

Narkotik vasitəni daxili orqanlarında gizlədiblər

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu zaman həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) sellofana bükülmüş 1 ədəd bükümdə xalis çəkisi 7,056 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində digər şəxsi yoxlama zamanı da oxşar hadisə qeydə alınıb. Bu dəfə isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elqam Xanbabayevin daxili orqanından (düz bağırsağından) ayrı-ayrılıqda sellofana bükülmüş 24 ədəd bükümdə ümumi xalis çəkisi 75,13 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
# 384

Oxşar yazılar