İsmayıllıda yük maşını dərəyə aşdı: 2 ölü
26 iyul 2012 12:20 (UTC +04:00)

İsmayıllıda yük maşını dərəyə aşdı: 2 ölü

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Daxar kəndi ərazisində, rayon sakini Nemət Bayramovun idarə etdiyi "QAZ-66" markalı yük maşını dərəyə aşıb.

Nəticədə sürücü və 1 sərnişini hadisə yerində ölüb. Yük maşınında olan digər sərnişin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
# 522

Oxşar yazılar