Dünya bu gün
26 iyul 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1847. Afrika koloniyaları arasında ilk dəfə Liberiya müstəqilliyini elan edib

1891. Fransa Haitini işğal edib

1938. “Şərq qadını” jurnalının redaktoru, Azərbaycan Xalq Maarif Komissarlığı kütləvi mədəni - maarif işlər şöbəsinin rəhbəri Gülarə Qədirbəyova antisovet təbliğatda ittiham olunaraq həbs edilib. Gülarə xanımın sonrakı taleyi məlum deyil

1951. Türkiyədə neft tapılıb

1952. Misir kralı Faruk taxtdan salınıb və yerinə onun 7 aylıq oğlu Fuad keçib

1953. Kubada inqilabi hərəkat başlayıb. İnqilab lideri Fidel Kastro həbs edilib

1956. Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalının milliləşdirilməsi haqqında qərar verib

1957. SSRİ ilk dəfə qitələrarası ballistik raketi sınaqdan çıxarıb

1963. Yuqoslaviyada zəlzələ nəticəsində 1100 nəfər həlak olub, 100 000 insan evsiz eşiksiz qalıb

1994. Boris Yeltsin rus qoşununun Estoniyadan çıxarılması haqqında qərarı ratifikasiya edib. Digər bir qərarla hər iki ölkənin sərhədləri qarşılıqlı olaraq tanınıb

1994. Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş imzalanıb

1994. Ermənistan və Azərbaycanın müdafiə nazirləri atəşkəs rejiminə əməl etmək barədə öhdəlik imzalayıblar

1995. Yazıçı İsmayıl Şıxlı vəfat edib.

Günün aforizmi

“Hökmünüzü verin. Bu hökmün heç bir əhəmiyyəti yoxdur. Tarix mənim haqlı olduğumu sübut edəcək”.

Kastronun məhkəmədə son sözü
# 404

Oxşar yazılar